Bakıda daşınmaz əmlakları olan keçmiş məcburi köçkünlər Qarabağda evlə təmin edilmirlər?
“Bakıda və ya digər bölgələrdə evi, yaxud obyekti olan keçmiş məcburi köçkünlərin Qarabağda evlə təmin edilmədiyi barədə iddia səhvdir. Hamımızın doğma yurd-yuvamız, vətənimiz Azərbaycandır. Kim ki Qarabağımıza köçmək, qayıtmaq isəyir, heç bir problem yoxdur, ona ev verilir. Lakin iki məqama diqqət yetirmək lazımdır. Qayıdış zamanı dövlə keçmiş məcburi köçkünlərin bəzilərinə öz köhnə evinin yerində yox, başqa yerdə ev tikir, belə vəziyyətlər var... Kiminsə doğma ata-baba torpağında özünə məxsus olan yeri bərpaya yararlıdırsa, bərpa olunur. Yararlı deyilsə, yenidən tikilir. Hər iki halda doğma yurd-yuvasına qayıtmaq istəyən keçmiş məcburi köçkünü dövlət evlə təmin edir. Yəni burda heç bir problem yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında 118 saylı Ağdam-Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov deyib.