Sosial şəbəkədə biz:
Bakıda estetik klinika 20000 manat cərimələndi
Xəbər Şəkli

Bakıda estetik klinika 20000 manat cərimələndi

03 March 2026, 16:40
Sosial

Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə "Est. Etik Clinix and Spa Center” MMC cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi) ilə protokol tərtib edilib. İşə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin qərarı ilə "Est. Etik Clinix and Spa Center” MMC-nin rəhbəri sözügedən maddə üzrə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimə olunub.

Qərardan narazı qalan MMC-nin nümayəndəsi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmə iclasında şirkət rəhbəri bildirib ki, MMC-nin ümumi dövriyyəsi və gəlirləri 20 000 manat təşkil etmir və bu məbləğdə cərimənin ödənilməsi mümkün deyil. Onun sözlərinə görə, cərimənin tətbiqi şirkətin ləğvinə və ya müflis olmasına səbəb ola bilər.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.