Bakıda kirayə qiymətləri niyə artır? - Açıqlama
"Bakıda kirayə mənzil bazarında ucuz mənzillərin sayı azalmaqda davam edir".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Ekspertin sözlərinə görə, bazarda ucuz mənzillərin yerini daha bahalı mənzillər tutur və bu tendensiya ümumi kirayə qiymətlərinə birbaşa təsir göstərir:
"Bu amil bütövlükdə kirayə mənzil bazarında qiymət artımına təsir edir. Bakıda kirayə mənzil bazarı hər zaman aktiv olub. Hazırda isə bazarda ən hərəkətli dövrlərdən biri yaşanır. Təklif portfelinə baxdıqda xüsusilə ucuz mənzillərin sayının azaldığını görürük".
Ramil Osmanlı bildirib ki, xüsusilə münasib qiymətə kirayə ev tapmaq əvvəlki dövrlərlə müqayisədə daha çətinləşib. Onun fikrincə, bazarda təklifin bahalı seqmentə doğru dəyişməsi kirayə haqlarının yüksəlməsinə səbəb olur.
Ekspert tikinti materialları bazarında isə ciddi qiymət dəyişikliklərinin müşahidə olunmadığını qeyd edib:
"Hazırda tikinti materialları bazarında qiymətlər stabildir. Artım müşahidə olunmur. Tikinti mövsümünün aktiv olmasına baxmayaraq, bazarda ciddi qiymət azalması da qeydə alınmır. Fərdi yaşayış evlərinin tikintisi üçün fəal dövr olsa da, əhəmiyyətli qiymət dəyişikliyi müşahidə edilmir".