Sosial şəbəkədə biz:
Bakıda məşhur klinikanın külli miqdarda borcu üzə çıxdı
Xəbər Şəkli

Bakıda məşhur klinikanın külli miqdarda borcu üzə çıxdı

21 October 2025, 16:34
Sosial

Bakıda fəaliyyət göstərən “İstanbul NS” klinikasının külli miqdarda vergi borcu yaranıb.

Hazırda klinikanın dövlətə 77 750 manat vergi borcu var.

Sözügedən klinika daha öncə İnzibati Xətallar Məcəlləsinin tələblərini pozduğuna görə məhkəməlik olub. Belə ki, klinika barədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına dair iddia qaldırılıb.

Qeyd edək ki, “İstanbul NS” klinikasının qanuni təmsilçisi Azər Qənbər oğlu Nəsirovdur. Teleqraf