Sosial şəbəkədə biz:
BDU-da tələbələr soyuqdan donur – Auditoriyalar istiliklə təmin edilmir?
Xəbər Şəkli

BDU-da tələbələr soyuqdan donur – Auditoriyalar istiliklə təmin edilmir?

21 November 2025, 09:10
Sosial

Bakı Dövlət Universitetinin (BDU) əsas korpusunda istilik sisteminin olmadığı bildirilir.

Bu barədə daxil olan şikayətdə deyilib ki, BDU-nun bəzi auditoriyalarında, ümumiyyətlə, istilik sistemi yoxdur. İstilik sistemi olan auditoriyalar isə istiliklə təmin edilmir.

Pravda.az məsələni araşdırmaq üçün əvvəlcə bir neçə müəllim və tələbənin fikrini öyrənməyə çalışıb. Onlar da saytımıza məlumatın doğru olduğunu, soyuq havalarda auditoriyaların dərs keçmək üçün əlverişli olmadığını, səhhətlərində problem yarandığını təsdiqləyiblər.

BDU-nun Mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova isə saytımıza verdiyi açıqlamada deyilənlərin yalan olduğunu bildirib: “Tam yanlış məlumatdır, istilik mövsümü başlayandan BDU-nun bütün korpuslarında istilik verilib və heç bir problem yoxdur”.

Həqiqət isə bundan ibarətdir ki, problemlə bağlı saytımıza bir yox, bir neçə tələbə və müəllim müraciət edib. Onların bu məsələ ilə bağlı yanlış məlumat verməsi inandırıcı deyil.