Sosial şəbəkədə biz:
“BMW”ni dayanacaqda saxlayan sürücü cəzalandırıldı
Xəbər Şəkli

“BMW”ni dayanacaqda saxlayan sürücü cəzalandırıldı

22 February 2026, 09:56
Sosial

Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağının içərisinə park edib.
Avtosfer.az xəbər verir ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW”nin belə park olunması nəticəsində avtobuslar sərnişinləri dayanacaqdan kənarda saxlayaraq mindirib-düşürməli olublar. Bu, həm digər sürücülərin yolunu kəsərək sıxlığa səbəb olub, həm də sərnişinlərin təhlükəsizliyini riskə atıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilən məlumata görə, dayanacaqda avtomobil park edən sürücü cəzalandırılıb.
Qeyd olunub ki, “BMW” markalı, 90-AA-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib.
“Parklanma qaydasını pozduğuna görə sürücü barəsində İXM-nin 346.2-ci (Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında nəqliyyat vasitələrinin dayanması və durması) maddəsi ilə protokol tərtib edilib”, - deyə məlumatda bildirilib.