Sosial şəbəkədə biz:
Bu əraziyə yarım metr qar yağdı
Xəbər Şəkli

Bu əraziyə yarım metr qar yağdı

28 December 2025, 11:27
Sosial

Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb.

Bu barədə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan ərazisində yağıntılı hava şəraiti davam edir.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3 000 m) qarın hündürlüyü 29, Parağaçaq Qar Uçqunu Stansiyasında 7 sm, Şahbuz rayonunun Kükü kəndində 16 sm, Şərurda 5 sm, Sədərək və Kəngərlidə 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb.