Sosial şəbəkədə biz:
Bu gün Azərbaycanda intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Xəbər Şəkli

Bu gün Azərbaycanda intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ

01 January 2026, 10:27
Sosial

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.