Sosial şəbəkədə biz:
Bu şəxslərə hər ay 1700 manat ödənilir
Xəbər Şəkli

Bu şəxslərə hər ay 1700 manat ödənilir

12 May 2026, 12:19
Sosial

Azərbaycan Prezidentinin fərdi təqaüdünü alan şəxslərin sayı açıqlanıb.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, hazırda ölkədə 313 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ödənilir.

Qeyd olunub ki, ədəbiyyat, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə  Azərbaycan Prezidentinin fərdi təqaüdü təsis edilib və hazırda bunun məbləği 1700 manatdır. Toyuqlu pizza

Xatırladaq ki, Azərbaycan Prezidentinin fərdi təqaüdü 11 iyun 2002-ci il tarixində təsis edilib. Bu təqaüdün təsis edilməsi haqqında fərman ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə imzalanıb.