Sosial şəbəkədə biz:
Dəniz sahilində kütləvi zəhərlənmə
Xəbər Şəkli

Dəniz sahilində kütləvi zəhərlənmə

08 September 2025, 15:22
Sosial

Xızı rayonunun Giləzi qəsəbəsində kütləvi zəhərlənmə olub.

Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

Qeyd edilib ki, zəhərlənənlərin hamısı qohumdur. Onlar dünən Giləzidə dəniz sahilində qohumlarının tələbə olması ilə bağlı məclisdə iştirak ediblər. Belə ki, hər ailə özü ilə müxtəlif qidalar gətirib və birgə yeyib-içiblər.

Zəhərlənən şəxslərin həyatına təhlükə olmadığı bildirilib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Qafqazinfo