Sosial şəbəkədə biz:

Dərman yerli istehsal olsa da ucuz olmayacaq — İqtisadçı

“Azərbaycanda dərman qiymətlərinin baha olmasının ən böyük səbəbi ondan ibarətdir ki, dərmanlar xaricdən idxal olunur. Xaricdən gələn zaman daşıma xərcləri, vergilər qiymətə təsir edir. Bundan əlavə bu bazarda ən böyük problemlərdən biri rəqabətin şəffaf olmamasıdır. İdxalçılar qiymətlərə ciddi təsir etmək imkanına malikdir. İdxalda ciddi təmərküzləşmə var, bu da yaxşı qiymətlərin, ədalətli qiymətlərin formalaşmasına mane olur”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, yerli istehsal olacağı halda dərman qiymətlərinin ucuz olacağı fikri doğru deyil:

“Yerli istehsal olsa, dərmanların daha baha olma ehtimalı var, nəinki daha ucuz. Çünki yerli istehsalı formalaşdırmaq üçün yüz milyonlarla yatırım tələb olunur, bu halda gərək milyardlarla satış olsun, bu yoxdur axı. Yerli istehsal üçün gərək böyük bazar olsun. O vaxtki Azərbaycanın dərmanlı Avropa bazarına çıxacaq, onda istehsal səmərəli olur. Yoxsa nəyisə gətirib ölkədə istehsal edək ki, ucuz olsun, bu belə mümkün olmur. Hər şeyi istehsal etmək də mümkün deyil. Ucuz olacaq demək qeyri-real məsələdir”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol