Doğulan on minlərlə uşağa görə ödəniş edildi - DSMF
Cari ilin ilk beş ayı ərzində 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin yanvar-may ayları ərzində 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Məlumata əsasən, müavinət ödənişləri 16 044 nəfər qız, 18 426 nəfər isə oğlan uşağına görə həyata keçirilib.