Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) informasiya texnologiyaları avadanlıqları və ehtiyat hissələri alır.
ARDNF bu məqsədlə 526 716 AZN xərcləyəcək.
Satışı isə Nizamnamə kapitalı 20 AZN olan “Azerbaijan Technologies” Firması edəcək. Firmanın rəhbəri Zülfüqar Suram oğlu Babayevdir.
Alınacaq avadanlıqların siyahısına 95 ədəd noutbuk, 95 ədəd dok-stansiya, 184 ədəd biznes monitoru, 95 ədəd noutbuk çantası daxildir.