Sosial şəbəkədə biz:
“Edəcəyiniz hər yardım yaşamağım üçün atılan bir addım olacaq”
Xəbər Şəkli

“Edəcəyiniz hər yardım yaşamağım üçün atılan bir addım olacaq”

17 March 2026, 15:59
Sosial

Bakı şəhər sakini, yoğun bağırsaq xərçəngindən əziyyət çəkən Elman Vəliyevin köməyə ehtiyacı var.
Yeniavaz.com-a müraciət edən E. Vəliyev bildirir ki, bir müddət əvvəl əməliyyat olunub və hazırda ev şəraitində müalicə alır.
“Çətin və ağır bir əməliyyat keçirmişəm. Şükürlər olsun ki, limfa düyünlərində metastaz aşkarlanmayıb, lakin xəstəliyin yenidən yayılma riski yüksəkdir. Həkim bildirib ki, əlavə kimyaterapiya müalicəsi almalıyam. Bu müalicələr uzunmüddətlidir və çox xərc tələb edir. Lakin bunun üçün maddi imkanım yoxdur.
Əmək qabiliyyətimi itirmişəm. Bu müddətdə əlimdəki bütün maddi vəsaiti də müalicəmə xərcləmişəm. Hazırda həm səhhətimlə, həm də maddi çətinliklərlə mübarizə aparıram”, - deyə E. Vəliyev bildirib.
O, xeyirxah və yardımsevər insanlara müraciət edərək, imkanları daxilində köməklik göstərmələrini xahiş edib:
“Sizlərdən xahişim, imkan daxilində mənə dəstək olmağınızdır. Edəcəyiniz hər bir yardım mənim üçün yaşamağa doğru atılan bir addım olacaq”.

ABB: 5522 0993 7867 5102
Əlaqə: +99455 279 32 79