Sosial şəbəkədə biz:
Hər dəfə suyla dolan körpünün indi də asfalt hissəsi çökdü
Xəbər Şəkli

Hər dəfə suyla dolan körpünün indi də asfalt hissəsi çökdü

16 April 2026, 10:38
Sosial

Bakıya hər dəfə yağış yağanda suyla dolan körpünün asfalt hissəsi çöküb.

Hadisə Sabunçu körpüsündə qeydə alınıb.

Körpünün alt hissəsində asfaltın bəzi yerlərində çökmələr və dərin çatlar əmələ gəlib. Bu vəziyyət nəqliyyat vasitələrinin hərəkəti üçün potensial təhlükə yaradır və sürücülər arasında narahatlığa səbəb olub.

İlkin ehtimallara görə, yolun çökməsi intensiv nəqliyyat axını, yeraltı kommunikasiya xətlərində baş verə biləcək nasazlıqlar və ya son günlər müşahidə olunan yağıntıların təsiri ilə bağlı ola bilər. yenisabah