Sosial şəbəkədə biz:
Hərbçimiz Laçında minaya düşdü - Vəziyyəti ağırdır
Xəbər Şəkli

Hərbçimiz Laçında minaya düşdü - Vəziyyəti ağırdır

28 November 2025, 08:03
Sosial

Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda minaya düşüb.

Gununsesi.info xəbər verir ki, mina partlayışı nəticəsində hərbçimiz ağır yaralanıb.

Hərbçinin yaxınları onun ayaqlarından birinin amputasiya olunduğunu bildiriblər. Vəziyyəti ağır olan V.Cabbarov hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.