Sosial şəbəkədə biz:
İranın hücumundan sonra Naxçıvan aeroportu yenidən fəaliyyətə başladı – Fotolar
Xəbər Şəkli

İranın hücumundan sonra Naxçıvan aeroportu yenidən fəaliyyətə başladı – Fotolar

10 March 2026, 08:25
Sosial

Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib.
Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvandan- Bakıya "J2 252" saylı reyslə yola düşən sərnişinlər qeydiyyatdan keçirlər. Bakıdan çıxan reys bir neçə dəqiqədən sonra Naxçıvan aeroportuna eniş edəcək.
Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.
Xatırladaq ki, İrandan həyata keçirilən dron hücumları səbəbilə bir müddətdir Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırmışdı. AZƏRTAC