Məmmədlidə yaşayış evləri aylardır suyun altındadır
Gölün daşması nəticəsində yaşayış evləri, küçələr və həyətyanı sahələr su altında qalıb, ərazidə ciddi antisanitar vəziyyət yaranıb.
Görüntülər Abşeron rayonu Məmmədli qəsbəsindəndir.
Sakinlər deyir ki, 3 aydır bu vəziyyət hökm sürür. Hətta evləri su altında qalan əksər sakinlər də köçüblər.
Kanalizasiya xətlərindən sızan çirkab suları ilə göl suyunun birləşməsi dözülməz qoxu və infeksiya riski yaradıb.
Abşeron rayon Məmmədli bələdiyyəsindən bildirildi ki, sözügedən problemdən məlumatlıdırlar. Göldə suyun səviyyəsinin aşağı salınması istiqamətində Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə nasoslar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir. Səviyyə xeyli düşüb. Proses davam edir.
Xezerxeber