Sosial şəbəkədə biz:

Minatəmizləyənlərə görə ödənilən tibbi sığorta haqqı azaldılıb

Minatəmizləyənlərə görə ödənilən tibbi sığorta haqqı azaldılıb

Minatəmizlənmə Agentliyi (ANAMA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC (VÖEN – 1700066901) olub.
“Qala Sığorta” ASC ANAMA-ya işçilərin könüllü tibbi sığorta və fərdi qəza sığortası xidmətlərini təqdim edəcək.
Bildirilir ki, ANAMA ümumilkdə 3 285 işçinin sığorta xidməti üçün “Qala Sığorta”ya 1 milyon 675 min 350 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir işçi üçün ödəniləcək sığorta haqqı 510 manat olacaq.
Məlumat üçün bildirək ki, “Qala Sığorta” ötən il də ANAMA-ya eyni xidməti göstərib. Ötən il ANAMA 2 900 işçinin sığortası üçün “Qala Sığorta”ya 1 milyon 595 min manat (bir işçi üçün 550 manat) ödəyib.
Qeyd edək ki, “Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 milyon 17 min 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur. Yeniavaz.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol