Sosial şəbəkədə biz:
Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki zavodların milyonlarla manat vergi borcu var
Xəbər Şəkli

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki zavodların milyonlarla manat vergi borcu var

03 December 2025, 10:04
Sosial

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki zavodların milyonlarla manat vergi borcu yaranıb.

Pravda.az-ın xəbərinə görə, “Şirvan Araz Zavodu” MMC-nin 13 918 766, “Telemexanika Zavodu” MMC-nin 22 190 343, “Peyk Zavodu” MMC-nin 1 925 490 AZN dövlətə borcu var.

Birinci zavodun hüquqi ünvanı Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 5, rəhbəri isə Rəhman İsfəndiyar oğlu Mehdiyevdir. İkinci zavodun hüquqi ünvanı Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 1, direktoru Usubağa Mirzəmməd oğlu Məmmədovdur. Peyk Zavodunun hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, ev 6, rəhbəri Elşən Eyvaz oğlu Quliyevdir.