Naxçıvanda dəm qazından ölənlərin sayı artdı
Naxçıvanda baş verən dəm qazı sızması nəticəsində zəhərlənən azyaşlılar Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası publik hüquqi şəxsə köçürülüb.
Həkimlərin səylərinə baxmayaraq, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov xəstəxanada dünyasını dəyişib.
Digər azyaşlıların müalicəsi davam etdirilir. Onların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib. Report