Sosial şəbəkədə biz:
Nazir 9-11-ci siniflərə çatdıqda Azərbaycanda qızlara məhdudiyyətdən danışdı
Xəbər Şəkli

Nazir 9-11-ci siniflərə çatdıqda Azərbaycanda qızlara məhdudiyyətdən danışdı

28 October 2025, 08:20
Sosial

"Qadınların inkişafı ilə təhsilin inkişafı arasında sıx əlaqə var". 

Bunu bu gün, oktyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev "Gənc qızların təhsilinə dəstək" layihəsi çərçivəsində həyata keçirilən "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025"in təqdimat mərasimində deyib.

Nazirin sözlərinə görə, 4-cü sinif üzrə statistikalara baxdıqda qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur. Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır: "Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9–11-ci siniflərə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır".

Azərbaycanın bir sıra media orqanlarında yer alan araşdırmalara görə, ölkənin bəzi bölgələrində 9-11-ci siniflərdə qızların sayı kəskin azalır. Bu onlara əsasən ailədə yaradılan maneələrlə izah edilir. Üstəlik, son illər Azərbaycanda doğuş statistikasında oğlanların qızlara nisbətən üstünlük təşkil etdiyi bildirilir. Ekspertlər bunu da selektiv abortla izah edirlər. AZƏRTAC