Ölkədə yeni ișsizlər ordusunun yaranma riskləri var - İlqar Hüseynli
Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı struktur islahatları hökumətdə bəzi qurumların nazirliklərin, komitələrin, agentliklərin birləşdirilməsini və ya ləğvini nəzərdə tutur.
Özünü maliyyələşdirmə imkanları olan, təqribən 250-dək qurum saxlanılacaq, 300-ə qədər Publik Hüquqi Şəxs isə ya ləğv ediləcək, yaxud birləşdiriləcək.
Bu prosesin start mərhələsi olaraq prezident sərəncamları ilə formalașdırılan bir neçə mərkəzin digər qurumlara birləșdirilməsi oldu.Artıq icra strukturlarında da ixtisarlara bașlanıb və bu dalğa bütün rayonlara sıçrayacaq.
Son günlərdə Ağdaş Rayon İcra Hakimiyyətində 14, Tovuzda isə 43 əməkdaş ixtisara düşüb, onların çalışdığı dövlət qulluğu vəzifələri də ləğv edilib.Beləliklə təqribi hesabla yalnız icra hakimiyyəti orqanlarından 3-5 min nəfərin ixtisarı baș verəcək.
Narahatedici məqam struktur islahatları zamanı ixtisara düşən işçilərin məşğulluq problemlərinin həllidir.Illərlə səsləndirdiyimiz həyacan təbilinin səsləri eșidilməkdədir.Dövlət əlində olan maliyyəni və investisiya imkanlarını doğru yönəldib qeyri-neft sektorunu,özəlliklə aqrar sektoru inkișaf etdirməklə yeni iș gerləri yarada bilərdi və bu günkü struktur islahatları prosesinin nəticəsi olaraq ixtisar edilən insanların iș təminatını qura bilərdi.
Görünən odur ki,bu baș vermədi və KOBIA,Məșğulluq Agentlikləri və s kimi milyonluq layihələr özünü doğrultmadı.
Nəticədə ixtisara düşənlərin xeyli hissəsi əmək bazarında özünə yeni iş axtarmalı olacaq.Amma tapa biləcəklərmi?
Bu artıq ciddi sualdır.Bu suala ölkənin qanunverici və icraedici qurumları cavab verməlidir!
İlqar Hüseynli
Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar Ictimai Birliyinin Prezidenti