Sosial şəbəkədə biz:
PA-nın sektor müdiri: "Sosial şəbəkələrdə qızlar daha çox zərərli təsirlərə məruz qalırlar"
Xəbər Şəkli

PA-nın sektor müdiri: "Sosial şəbəkələrdə qızlar daha çox zərərli təsirlərə məruz qalırlar"

10 June 2026, 16:33
Sosial

"Sosial şəbəkələrdə qızlar daha çox zərərli təsirlərə məruz qalırlar. Bər-bəzəkli, dəbdəbəli həyat tərzi onların diqqətini çəkir. Ümumiyyətlə, sosial platformaların zərərli təsirləri həddən artıq çoxdur".

Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən “İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə” qanun layihəsinin ictimai müzakirəsində deyib.

PA rəsmisi qeyd edib ki, atılan addımlar Azərbaycanın sabahına yönəlib: "Bu, tam düşünülüb. Cəmiyyət bizimlə həmfikirdir".