Sosial şəbəkədə biz:
Pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat...
Xəbər Şəkli

Pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat...

29 December 2025, 14:47
Sosial

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olub.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.

Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılıb.

Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib.