Sosial şəbəkədə biz:
Pensiyaların artımı ilə bağlı rəsmi məlumat
Xəbər Şəkli

Pensiyaların artımı ilə bağlı rəsmi məlumat

27 November 2025, 11:12
Sosial

2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın 590 manata və yaşa görə orta aylıq pensiyanın 629 manata çatacağı gözlənilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb.

Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2.8 dəfə, yaşa görə orta aylıq pensiyada 2.7 dəfə artıma nail olunması deməkdir.

Eyni zamanda, gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2.3 dəfə artımın olduğunu göstərir.