Sosial şəbəkədə biz:
Qırmızı qəsəbənin Qudyalçaydan mühafizəsi üçün 2 milyon xərclənəcək
Xəbər Şəkli

Qırmızı qəsəbənin Qudyalçaydan mühafizəsi üçün 2 milyon xərclənəcək

08 August 2025, 12:39
Sosial

“Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, dəyəri 2 milyon 37 min 337 manat 50 qəpik olan tender müsabiqəsinin qalibi “Bəyaz İnşaat” MMC (VÖEN - 2001329971) olub.
Qeyd edək ki, tenderin qalibi olan “Bəyaz İnşaat” MMC Quba rayonunun Qırmızı qəsəbəsində yaşayış evlərinin və həyətyanı sahələrin Qudyalçayın sel və daşqın sularından mühafizəsi işlərini həyata keçirəcək.
Nizamnamə kapitalı 2 milyon 318 min 708 manat olan “Bəyaz İnşaat” MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Görədil, N.Salayev, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifli Yusif Eldar oğludur.