Sosial şəbəkədə biz:
“Rusiya bizə heç bir sığorta ödənişi etməyib” – Hökumənin atası
Xəbər Şəkli

“Rusiya bizə heç bir sığorta ödənişi etməyib” – Hökumənin atası

05 September 2025, 15:31
Sosial

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya Federasiyasının sığorta ödənişi etdiyini bəyan edib. Bildirilib ki, təyyarənin xəsarət almış sərnişinlərinə və həlak olanların yaxınlarına ümumilikdə 358,4 milyon rubl (təxminən 7,5 milyon manat) sığorta ödənişi edilib.
Qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev isə Modern.az-a bildirib ki, Rusiya onun ailəsinə heç bir ödəniş etməyib:
“Nə vaxt sığorta ödənişi ediblər?! Bizim xəbərimiz yoxdur, yalan söhbətdir”.
Azərbaycan tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.