Sosial şəbəkədə biz:
Rüstəm Xəlilovun rəhbərlik etdiyi rayonda bərbad vəziyyət
Xəbər Şəkli

Rüstəm Xəlilovun rəhbərlik etdiyi rayonda bərbad vəziyyət

06 December 2025, 08:41
Sosial

Salyan şəhərinin bır sıra küçələri keçilməz haldadır.

 

Xüsusilə Heydər Əliyev və Səməd Vurğun adına olan mərkəzi küçələr, eləcə də onlara bitişik məhəllələrdə palçıq dizə çıxır.

 

Sakinlərin sözlərinə görə, buna səbəb su-kanalizasiya sisteminin yenilənməsi ilə bağlı aparılan işlərdir.

 

Belə ki, 2024-cü ildə kanalizasiya xətlərinin çəkilişindən sonra asfalt örtüyü yararsız hala düşüb.

 

"Kanalizasiya çəkirdilər, pis hala saldılar. Problemi həll edən də yoxdur", "Palçığa görə maşın sürmək mümkün deyil", - deyə sakinlər narazılıqlarını bildiriblər.

 

Qeyd edək ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı sabiq deputat Rüstəm Xəlilovdur.