Sosial şəbəkədə biz:
Şəmkirdə dəhşətli qəza - 7 nəfər öldü
Xəbər Şəkli

Şəmkirdə dəhşətli qəza - 7 nəfər öldü

07 August 2025, 11:04
Sosial

Şəmkirdə 7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb.

Belə ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KAMaz" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.