Sosial şəbəkədə biz:
 Şimal-qərb bölgəsində qarəm hündürlüyü 30 sm-ə çatıb
Xəbər Şəkli

Şimal-qərb bölgəsində qarəm hündürlüyü 30 sm-ə çatıb

02 January 2026, 10:42
Sosial

Azərbaycanın şimal-qərb bölgəsində qarəm hündürlüyü 30 sm-ə çatıb.

Yanvarın 1-i axşam saatlarından başlayaraq bölgənin yüksək dağlıq ərazilərdə temperatur -15 dərəcəyə qədər düşüb.

Qax, Zaqatala və Şəki rayonlarının ərazilərinə daha çox qar yağıb. Hazırda Qax rayonunun Sarıbaş kəndində qarın hündürlüyü 30-sm, İlisu kəndində 20 sm, Zaqatalanın Car kəndində isə 15 sm-dan çoxdur. Qarın yağması ilə bağlı bölgəyə işığın və təbii qazın verilməsində ciddi problem yoxdur.