Sosial şəbəkədə biz:

"Son 25 ildə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub"

"Son 25 ildə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub"
Xəbər Şəkli
14 September 2026, 15:44
Sosial

Son 25 ildə ölkə üzrə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 14-də keçirilən mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, son illərdə təqribən 600 məktəb binası tikilib və ya əsaslı təmir olunub. 2026–2027-ci tədris ilində 37 yeni təhsil müəssisəsi fəaliyyətə başlayıb.

 

Hazırda 41 təhsil müəssisəsində təmir-tikinti işləri davam edir, 125 müəssisədə isə layihələndirmə işləri aparılır.

 

İşğaldan azad edilmiş ərazilərdə 11 təhsil müəssisəsində təmir-tikinti işləri davam etdirilir, 22 müəssisədə isə layihələndirmə və hazırlıq işləri aparılır.