Sosial Xidmətlər Agentliyinin 75 minlik tenderi ləğv edildi
“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsin sosial xidmət müəssisələrinin inzibati binasında olan liftlərin təmiri ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, bu barədə müvafiq qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Tenderin dəyəri 75 143 AZN təşkil edib. Qurum yenidən tender keçirməyi planlaşdırır.