Temperatur kəskin düşür - XƏBƏRDARLIQ
Azərbaycanda martın 7-dən etibarən hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun nəzərəçarpacaq dərəcədə aşağı düşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə proses qərb rayonlarından başlayaraq ölkənin böyük hissəsini əhatə edəcək. Yağışlı və küləkli hava şəraiti martın 9-u günorta saatlarınadək davam edəcək.
Sinoptiklər bəzi bölgələrdə yağıntıların intensiv olacağını, dağlıq ərazilərdə isə qar yağacağını proqnozlaşdırır. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.
Hava şəraitinin kəskinləşməsi çaylarda sululuğun artmasına gətirib çıxara bilər. Xüsusilə Lənkəran-Astara zonasında bəzi dağ çaylarından qısamüddətli sel keçmə ehtimalı var.
Vətəndaşlara ehtiyatlı olmaq və planlarını hava proqnozuna uyğun qurmaq tövisyyə olunur.