Ana səhifə / Köşə Yazarları / Jurnalistlərə mənzillərin veriləcəyi tarix dəyişdi

Jurnalistlərə mənzillərin veriləcəyi tarix dəyişdi

Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.

V.Səfərli qeyd edib ki, iyulun 19-da jurnalistlərə dəvətnamə göndəriləcək: “Müvafiq komissiyaya 2 minə yaxın müraciət daxil olub, bu müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb. Yekunda 250-dən çox jurnalistə mənzil verilməsi qərara alınıb. Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir”.

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın