Abunəçi "Aztelekom"dan narazıdır: "İnternet yoxdur, operatorlar əlaqə saxlamır"
Abunəçi Emil Babayev “Aztelekom”la bağlı narazılığını bölüşüb.
O bildirib ki, dünən səhər saatlarından Wi-Fi aktiv olsa da, internet işləməyib.
32gun.az xəbər verir ki, Operatorlarla əlaqə saxlamağa çalışsa da, yalnız “Əlaqə saxlanılacaq” cavabı alıb və indiyə qədər heç bir reaksiya görməyib.
Emil Babayev qeyd edib ki, ödəniş zamanı şirkət çox operativ işləyir, lakin problem yarandıqda xidmət qeyri-peşəkarlıqla həyata keçirilir. Bu məsələ sosial şəbəkələrdə gündəm olub və digər abunəçilərin də diqqətini çəkib.