Sosial şəbəkədə biz:
Ali Məhkəmə iş adamı barədə bəraət hökmünü qüvvədə saxladı
Xəbər Şəkli

Ali Məhkəmə iş adamı barədə bəraət hökmünü qüvvədə saxladı

15 January 2026, 17:20
Cəmiyyət

Ali Məhkəmədə ömürlük məhkum "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Bu barədə məlumatı oxu.az-a E.Verdiyevin vəkili Asim Abbasov deyib.

O bildirib ki, məhkəmə şikayəti araşdırsa da, təmin etməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ramin Niyazov sosial şəbəkələrdə və media resurslarında Eldəniz Verdiyevi ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atmaqda günahlandıraraq Səbail Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə Ramin Niyazovun verdiyi şikayəti təmin etməyib, Eldəniz Verdiyev barəsində bəraət qərarı çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlamışdı. R.Niyazov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermişdi.

Eldəniz Verdiyevin özü isə sosial şəbəkələrdə Prezident İlham Əliyevə və məhkəmə orqanlarına minnətdarlıq edib:

 “Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticəsidir. Məhz bu islahatlar nəticəsində ədalət mühakiməsinin şəffaflığı təmin edilir, beləliklə vətəndaşların məhkəmə hakimiyyətinə inamı artır”. 

Azinforum.az