AMEA yeni sistemə keçir - 2027-ci ildə...
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsini yeni metodla, bal sistemi əsasında həyata keçiriləcək.
Bu barədə AMEA rəhbəri İsa Həbibbəyli məlumat verib. O bildirib ki, bu istiqamətdə ilkin müzakirələr AMEA-nın Rəyasət Heyətində keçirilən müşavirədə və Rəyasət Heyətinin ötən iclasında aparılıb.
O, prosesin mərhələli şəkildə inkişaf etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Bu gün kağız daşıyıcılarını elektron resursların əvəzlədiyini qeyd edən AMEA rəhbəri dünyada və ölkəmizdə gedən tendensiyalara uyğun olaraq, elektronlaşmanın zəruriliyinə toxunub. Diqqətə çatdırıb ki, 2027-ci ildə Akademiyada elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsinə keçid planlaşdırılır və həmin dövrədək elmi işçilər üçün maarifləndirmə işləri həyata keçiriləcək.