Aparıcı: Oğlumu gözüyaşlı qoyub işə gedirdim
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı jurnalist İlhamiyyə Rza olub.
Aparıcı övladı balaca olarkən ona yetərli vaxtı ayıra bilmədiyinə təəssüflənib:
"Bu, ana üçün böyük bir qəbahətdir. Övladımın dalımca necə ağladığını görürdüm. Onu gözüyaşlı qoyub işə gedirdim. Bunu özümə bağışlaya bilmirəm. Oğlumun yadında olmasa da, mən xatırlayıram".