Sosial şəbəkədə biz:

"10 aydır ki ağızdan qidalanmıram"- Könül Vəlibəylinin qızı kömək istədi

"10 aydır ki ağızdan qidalanmıram"- Könül Vəlibəylinin qızı kömək istədi
Xəbər Şəkli
11 October 2026, 00:02
Cəmiyyət

Paytaxtın Yasamal rayonundakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova səhhəti ilə bağlı paylaşım edib.

O, meraciətində əməliyyatları ilə bağlı kömək istəyib:

"Hörmətli cənab prezident İlham Əliyev, Hörmətli birinci xanım Mehriban Əliyeva, mən Ləman Qulamova Bakı Milli Geyim evinin rəhbəri Könül Vəlibəylinin qızıyam. Halhazırda səsim çox zəif çıxır əməliyyatlara görə, ona görə üzrlü sayın. Mən 21.11.2025 ci ildə Yasamalda baş verən yanğın zamanı çox ağır zədələr aldım, 10 gün komada yatdım, oyanandan sonra nəfəs borumda 2 sm fistul olduğunu öyrəndim. Buna görə mənə dayağı poladdan olan stent qoydular və o stent üç gün ərzində mənim boğazımı dağıtdı. Və yemək borumda da 8 sm fistul yarandı. Və hər iki borumda da fistul var halhazırda. Daha sonra yenidən stent qoyuldu, bu stent iki ay ərzində mənim boğazımda qaldı və infeksiya yaradaraq boğazımı çürütdü. Daha sonra əməliyyat etmək qərarına gəldilər və açıq əməliyyat edildi. əməliyyat zamanı mənim çənəm sinəmə tikildi, 15-20 gün ərzində mən o vəziyyətdə ağır əziyyətlər çəkdim. Lakin bu əməliyyatda işə yaramadı hələ də fistul qalmışdı, daha sonra evə buraxıldım. Həmin müddət ərzində jejunostomi ilə qidalanırdım, o da bulantılar yaradırdı. Daha sonra mənim evdə halım pisləşdiyi üçün Türkiyəyə aparıldım. Türkiyədə endoskopik müalicələr, müdaxilələr edildi hətta stent də qoyuldu bu da işə yaramadı. Daha sonra yenidən açıq əməliyyat etdilər, toxuma köçrüldü. Lakin uzun müddət xəstəxanada qaldığım üçün infeksiya vardı bədəndimdə, toxuma köçürtməsi tutmadı. Halhazırda mən ağızdan qidalana bilmirəm və mənim jejunostomim çıxarıldığı üçün damardan qidalanıram. Yenidən toxuma köçrülməsi edilməlidi, lakin artıq buna maddi gücümüz qalmayıb, indiyənə qədər yardımsevərlərin yaxınlarımızın, dostlarımızın köməyi ilə bu günlərə gəlmişik. Lakin artıq heç kimin gücü qalmayıb, bizim də gücümüz qalmayıb və mən artıq 10 aydır ki ağızdan qidalanmıram. Ona görə də sizdən kömək istəyirəm. Xahiş edirəm mənim əməliyyatlarıma kömək edəsiniz. Bu fistul əməliyyatı müalicəsi uzun müddət davam edən müalicədir. Ona görə də xəstəxanada uzun müddət yatmalıyam, buna görə də maddi olaraq köməyə ehtiyacım var. Mən artıq çox yorulmuşam. Öncədən çox sağ olun”, -L. Qulamova bildirib.   Musavat.com