Rusiyanın baş nazir müavini Aleksandr Novak ABŞ prezidenti Donald Trampla Vladimi Putin arasında əldə olunan yanacaq razılaşmasının detallarını açıqlayıb.
O, TASS-a verdiyi müsahibədə Rusiyanın dərhal dizel ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağa başladığını açıqlayıb.
Novak bildirib ki, ilk növbədə Rusiya bazarı dizel yanacağı ilə tam təmin olunacaq, artıq hissənin ixracı təmin ediləcək: “Rusiya ABŞ-ın qlobal enerji bazarını sabitləşdirmək və normal enerji ticarətini bərpa etmək üçün atdığı addımları müsbət qiymətləndirir”.
Baş nazir müavininin dediyinə görə, Rusiya oktyabr ayının əvvəlində ABŞ bazarına əlavə dizel yanacağı tədarük etməyə hazırdır. Lakin ixracı yalnız noyabr-dekabrda artıra bilər, çünki Ukraynanın sıradan çıxardığı neft emalı zavodlarında təmir işləri aparılır.
Novak həmçinin qeyd edib ki, Rusiya daha proqnozlaşdırıla bilən və sağlam enerji bazarı yaratmaq məqsədi ilə ABŞ ilə gələcək tədbirləri əlaqələndirməyə hazırdır.