Sosial şəbəkədə biz:
Astarada kütləvi zəhərlənmə − 15 nəfər hospitalizasiya olundu
Xəbər Şəkli

Astarada kütləvi zəhərlənmə − 15 nəfər hospitalizasiya olundu

06 September 2025, 09:10
Cəmiyyət

Astarada kütləvi zəhərlənmə olub.
Astara rayonunda 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına daxil olub.
Onlardan 10 nəfər yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, zəhərlənmə rayonun Motlayataq kəndində olub. Zəhərlənənlər bir ailənin üzvləridir. Onlar qarpız alıb yediklərini, sonra özlərini pis hiss etdiklərini bildiriblər.
TƏBİB-dən verilən məlumata görə, bu gün 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir
Fakt araşdırılır. APA