Sosial şəbəkədə biz:
Aygün Bəylərin qızı Malayziyada qızıl və gümüş medallar qazandı – Fotolar
Xəbər Şəkli

Aygün Bəylərin qızı Malayziyada qızıl və gümüş medallar qazandı – Fotolar

30 August 2025, 12:44
Cəmiyyət

Mərhum Əməkdar artist Aygün Bəylərin qızı, Avropa Azərbaycan Məktəbinin şagirdi Canan Hümmətova Malayziyanın Kuala Lumpur şəhərində keçirilən “​World Scholar’s Cup Global Round 2025” yarışında Azərbaycanı təmsil edib.
Yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata görə, 10-cu sinif şagirdi olan C.Hümmətova akademik yazı və debatlarda yüksək nəticələr göstərərək qızıl və gümüş medallar qazanıb.
Bildirilir ki, ümumilikdə yarışda Azərbaycanı 8 şagird təmsil edib. 50-dən çox ölkədən olan həmyaşıdları ilə birlikdə yarışan məktəblilərin hər biri medallar qazanıb.
Qeyd olunub ki, bütün komanda, həmçinin Yale Universitetində keçiriləcək “Tournament of Champions” final mərhələsinə vəsiqə qazanıb.
Sosial şəbəkələrə yayılan fotolarda C. Hümmətovanın Aygün Bəylərin məzarını ziyarət etdiyi də görülür.