Sosial şəbəkədə biz:

Azərbaycanda ən çox nikah qeydə alınan rayon məlum olub

Ötən il Azərbaycanda hər min nəfərə düşən nikah hallarının ən çox və ən az qeydə alındığı rayonlar məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, 2024-cü ildə 49 min 508 nikah qeydə alınıb.

Onlardan 11 min 638-i Bakıda, 2247-si Naxçıvan Muxtar Respublikasında, 2716-sı Abşeron-Xızı iqtisadi rayonunda, 1785-i Dağlıq Şirvan iqtisadi rayonda qeydə alınıb.

Həmçinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 2632, Qarabağ iqtisadi rayonu üzrə 4136, Qazax-Tovuz iqisadi rayonu üzrə 3379, Quba-Xaçmaz iqtisadi rayonunda 2693, Lənkəran-Astara iqtisadi rayonu üzrə isə 4801 nikah qeydə alınıb.

Bundan başqa, 3571 evlilik Mərkəzi Aran iqtisadi rayonunda, 2848-i Mil-Muğan iqtisadi rayonunda, 2851-i Şəki-Zaqatala iqtisadi rayonunda, 1746-ı Şərqi Zəngəzur iqtisadi rayonunda, 2465-i Şirvan-Salyan iqtisadi rayonunda olub.

Əhalinin hər 1000 nəfərinə düşən nikah sayına görə, 2024-cü ildə Bakının rayonları arasında ən çox evlilik Qaradağ və Yasamalda (6,5), ən az isə Pirallahıda (3,8) qeydə alınıb.

Regionlara gəlincə, ötən il ən çox nikah halları Yardımlı (6,9), ən az nikah halları isə Abşeron rayonunda (2,5) olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol