Sosial şəbəkədə biz:

“Azərbaycanın şəhərləri Avropanın ən böyük şəhərlərini bir çox məsələdə geridə qoyur” – Rəsul Quliyevin kürəkəni

“Azərbaycanın şəhərləri Avropanın ən böyük şəhərlərini bir çox məsələdə geridə qoyur” – Rəsul Quliyevin kürəkəni
Xəbər Şəkli
28 September 2026, 08:21
Cəmiyyət

“Son 30 ildə insanlarımızın dəyişdiyini, yüksək inkişafını görürəm. Nəinki Bakı, Şəki, Naxçıvan və digər şəhərlər necə təmiz və gözəldir. Bakıdan Qobustana, Şəkiyə, Naxçıvana, ən əsası Qarabağa gedəndə yolların hər iki tərəfində xeyli restoran var və camaatla doludur. Sanki hamı öz Vətənini gözəl, doğma yer kimi qəbul edib, istəmir ki, artıq nəsə etsin. Bu gün Azərbaycanın şəhərləri Avropanın ən böyük şəhərlərini bir çox məsələdə geridə qoyur. Bu da inkişafa böyük təsir göstərir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyevin iqtisadçı kürəkəni Elçin Bağırov Bakıda 27 sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarəti zamanı deyib.

 

O, Azərbaycanla bağlı təəssüratını bölüşərkən göz yaşlarını saxlaya bilməyib.

 

E.Bağırov qeyd edib ki, Azərbaycanın inkişafını görmək qürurvericidir: “Gələcək üçün qoyulan bünövrələrin, Şuşada, Ağdamda qurulan infrastruktur layihələrinin, Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Azərbaycan iqtisadiyyatını gələcəkdə hara apardığını düşünəndə insana pozitiv təsir edir”.