Sosial şəbəkədə biz:

Anar: Dövlət Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə yönləndirilməlidir

Anar: Dövlət Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə yönləndirilməlidir
Xəbər Şəkli
13 November 2026, 16:22
Cəmiyyət

"Dövlət Tərcümə Mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə yönləndirilməlidir".

Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

Xalq yazıçısı bildirib ki, bu maliyyə yardımı Yazıçılar Birliyi üçün mütləq lazımdır:

“Tərcümə Mərkəzi əvvəl Yazıçılar Birliyinin tərkibində yaranmışdı, çox yaxşı fəaliyyət göstərdi, sonra ayrı bir qurum kimi fəaliyyətə başladı. Lakin günün birində bu mərkəz nədənsə bağlandı. Yəqin, belə lazım biliblər ki, bağlansın. Amma məsələ odur ki, mərkəz bizdən ayrılanda büdcəsini də özü ilə apardı, indi bizim o büdcəyə ehtiyacımız var”.

Yazıçı Anar qeyd edib ki, sözügedən maliyyə vasitəsilə AYB-də müxtəlifyönümlü muzeylər fəaliyyət göstərə bilər.

Xatırladaq ki, iki il əvvəl Prezidentin müavfiq Sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv edilib.

APA