Sosial şəbəkədə biz:
Bakıda mənzil qiymətləri: Hansı rayonlar liderdir?
Xəbər Şəkli

Bakıda mənzil qiymətləri: Hansı rayonlar liderdir?

27 July 2025, 11:09
Cəmiyyət

Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 15.9% artıb. Köhnə tikililərdə mənzillərin qiyməti isə 12.2% bahalaşıb.

Bu barədə "Xəzər Xəbər"ə açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"nin sədri Vüqar Oruc məlumat verib.

O bildirib ki, son bir il ərzində paytaxtda fərdi yaşayış evlərinin qiyməti 13.5%, torpaq sahələrinin qiyməti 15.4%, qeyri-yaşayış obyektlərinin qiyməti isə 12.5% artıb.

Ekspert qeyd edib ki, hazırda ən baha daşınmaz əmlak torpaqdır. Daşınmaz əmlakın ən yüksək qiymətlərlə satışa çıxarıldığı rayonlar Səbail, Yasamal və Nəsimi rayonlarıdır.