Sosial şəbəkədə biz:
Bir ay icra başçısı olmuş Elxan İbrahimov 12 il azadlıqdan mərhum edilə bilər
Xəbər Şəkli

Bir ay icra başçısı olmuş Elxan İbrahimov 12 il azadlıqdan mərhum edilə bilər

30 December 2025, 14:50
Cəmiyyət

"Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elxan İbrahimov barədə yayılan iddialar (100-200 min manat civarında qeyri-qanuni haqq tələbetmə) təsdiqini taparsa, bu, Cinayət Məcəlləsinin 311-ci maddəsi - rüşvət alma ilə cinayət tərkibi yaradır. Bu halda Elxan İbrahimova 12 ilədək azadlıqdan mərhumetmə cəzası verilə bilər".

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, icra başçısı ilə bağlı məsələdə bir neçə meyar öz əksini tapır: "Külli miqdardan, o cümlədən hədə-qorxu ilə tətbiq olunmadan söhbət gedir. Bütün bu faktlar üzə çıxsa, Elxan İbrahimovu 12 il həbs cəzası gözləyə bilər".