Sosial şəbəkədə biz:
Elman Nəsirov yayılan videodan danışdı: "Radikalların işidir"
Xəbər Şəkli

Elman Nəsirov yayılan videodan danışdı: "Radikalların işidir"

25 October 2025, 11:54
Cəmiyyət

Milli Məclisin deputatı Elman Nəsirov özünü onun ilk nikahından olan qızı kimi qələmə verən, sosial şəbəkələrdə atasının onunla illərdir, maraqlanmadığını, küçələrdə qaldığını deyən Laləzər Əliyeva adlı 26 yaşlı xanımın görüntülərinə aydınlıq gətirib.

 

Deputat Pravda.az-ın suallarına cavab olaraq yayılan məlumatı böhtan adlandırıb.

 

"Radikalların işidir. Mən belə böhtanları çox görmüşəm..." - deputat bildirib.