Sosial şəbəkədə biz:
Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə xəbərdarlıq
Xəbər Şəkli

Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə xəbərdarlıq

06 April 2026, 16:10
Cəmiyyət

Evlərini əvəzləşmə qaydasında MTK-ya verən - “evimi sök, amma mənə yeni binada ev ver” deyən - vətəndaşların diqqətinə. Aranızda bağlanan müqavilədə, evinizin hansı formada təmir olunacağını, ora hansı avadanlıqların, mebellərin quraşdırılacağını dəqiq göstərin.

Bunu hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, müqavilədə qeyd edilən "tam təmirli" və ya "təmirli ev verəcəkdir" ifadəsi qeyri-müəyyəndir:

“Məsələn, hamama kafel vuracaq, amma əlyuyan, unitaz qoyacaqmı? Pollar laminat olacaq, yoxsa taxta? Bunları müqavilədə göstərin”, - deyə o qeyd edib.

Hüquqşünas müqavilənin dəqiq olmamasının tərəfləri məhkəməlik etdiyini söyləyib. Ölkə.az